13 C
Baku
Friday, November 22, 2024

“Cahan-Motors” qanunları pozdu, Gömrük Komitəsi protokol tərtib etdi

“Cahan-Motors” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib, işə baxan hakim Gülnar Səfərəliyevadır.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına daxil olan “Cahan Motors” MMC dünyanın ən çox tanınmış brendlərindən olan “Opel”, “FAW” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Bundan əlavə olaraq Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Naz Lifan” brendinin də rəsmi nümayəndəsidir.

Son xəbərlər
Digər xəbərlər