İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun ilə görüşüb.
Mikayıl Cabbarov bu barədə özünün “X” hesabında bildirib:
“Ölkəmizin bankla uğurlu əməkdaşlığı çərçivəsində icra edilən layihələrin səmərəli nəticələri, iqtisadi artımın stimullaşdırılmasında və yaşıl iqtisadiyyata keçiddə birgə fəaliyyətin perspektivləri barədə fikirlərimizi bölüşdük”.