Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 158 ölkə arasında öncəki ayla müqayisədə 3 pillə irəliləyərək 57.62 MB/S sürətlə 93-cü yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə sentyabr ayına nisbətən oktyabrda 6 pillə geriləyərək 55.90 MB/S sürətlə 111 ölkə arasında 54-cü olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Əfqanıstan tutub.