Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının səhmlərinin kotirovkaları Seulda bugünkü ticarətin açılışında 7.5% bahalaşıb, “Bloomberg” yazır. Xatırladaq ki, bundan əvvəl şirkət 7.2 milyard dollarlıq “buy back” – səhmlərin geri alışını elan edib.
“Samsung Electronics”in cümə günü verdiyi açıqlamaya görə, şirkət 50.1 milyon adi və 6.9 milyon imtiyazlı səhmi geri almaq niyyətindədir. Bu, Koreya şirkətinin 2017-ci ildən bəri ilk geri alışıdır.
Oktyabrın sonunda “Samsung” üçüncü rübdə gəlirinin 17%, mənfəətinin isə 73% artdığını açıqlayıb. Güclü ümumi nəticələrə baxmayaraq, investorlar yarımkeçiricilər bölməsinin rüblük gəlirinin 40% azalması ilə bağlı narahatdırlar. “Samsung” bəyan edib ki, o, süni intellekt sistemləri üçün qabaqcıl çiplərin satışını artırmağı hədəfləyir. Şirkət bu sahədə “Nvidia” və “SK Hynix” ilə rəqabət aparır.