14 C
Baku
Saturday, November 23, 2024

Dünyanın ən zəngin adamlarından biri ABŞ-də dələduzluqda ittiham olunub

“Adani Group”un rəhbəri Qautam Adani ABŞ-də günəş enerjisinin tədarükü üçün müqavilələr müqabilində Hindistan məmurlarına yüz milyonlarla dollar dəyərində rüşvət verməkdə ittiham olunub, “Reuters” yazır.

Məlumata görə, Adani daha iki şirkət rəhbəri ilə birlikdə 2 milyard dollar mənfəət gətirəcəyi gözlənilən günəş enerjisi müqavilələrini təmin etmək üçün 2020-2024-cü illər arasında Hindistan rəsmilərinə 250 milyon dollardan çox rüşvət verib.

ABŞ prokurorluğu Hindistanın digər iki şirkətinin adını açıqlamayıb, lakin əlavə edib ki, onlar da 3 milyard dollardan çox vəsait cəlb edib. “The Financial Times” yazır ki, Qautam Adani və onun qardaşı oğlu Saqar Adani də daxil olmaqla daha yeddi iş adamına qarşı ittihamlar irəli sürülüb.

Tənzimləyiciyə görə, bu sxem vasitəsilə “Adani Green” indiyədək ABŞ investorlarından 175 milyon dollar toplayıb. Hal-hazırda Qautam Adani 85.5 milyard dollarlıq sərvətlə dünyanın 18-ci ən zəngin adamıdır.

Adaninin sərvəti 2023-cü ilin yanvarında, ABŞ-nin “Hindenburg Research” araşdırma şirkəti “Adani Group”u qiymətli kağızlar və mühasibat fırıldaqlarında ittiham etdikdən sonra azalmağa başlayıb. Araşdırmanın açıqlanmasından sonra “Adani Group”a daxil olan şirkətlərin ümumi kapitallaşması 153 milyard dollar azalıb.

İş adamı bu iddiaları dezinformasiya adlandırıb və bildirib ki, Hindistan Ali Məhkəməsinin ekspert komissiyası heç bir qanun pozuntusu aşkar etməyib.

Son xəbərlər
Digər xəbərlər