14 C
Baku
Thursday, November 21, 2024

“Nvidia” səhmləri investorları məyus edən gəlir proqnozundan sonra ucuzlaşıb

Qrafik prosessor istehsalçısı “Nvidia”nın 2024-cü maliyyə ilinin dördüncü rübü üçün gəlir proqnozu investorların gözləntilərinə cavab verməyib. Noyabrın 20-də ticarətin sonunda “Nvidia” səhmləri 145.89 dollara (-0.76) düşüb, “Bloomberg” yazır.

“Nvidia” oktyabrın 27-də başa çatan 2024-cü maliyyə ilinin üçüncü rübü üçün hesabatını dərc edib. Orada şirkət cari rübdə gəlirinin təxminən 37.5 milyard dollar olacağını proqnozlaşdırır.

Üçüncü rübdə şirkətin gəliri 94% artaraq 35.1 milyard dollara çatıb, səhm üzrə qazanc isə 0.81 dollar təşkil edib. “Nvidia”nın ən böyük satış mənbəyinə çevrilən məlumat mərkəzi bölməsindən əldə edilən gəlir illik müqayisədə iki dəfə artaraq 30.8 milyard dollara çatıb.

“Nvidia”nın baş direktoru Censen Huanq hesabatın dərcindən sonra çıxış edərək, şirkətin böyüməsini yeni nəsil “Blackwell” çipləri ilə dəstəkləyəcəyini bildirib. Şirkət xəbərdarlıq edir ki, “Blackwell” tədarükləri məhdud olacaq və müştəri tələbini tam ödəyə bilməyəcək.

“Bloomberg” qeyd edir ki, “Nvidia” səhmləri 2024-cü ildə üçüncü rüb hesabatı dərc edilən zaman demək olar ki, 200% artıb. Noyabrın 20-də ticarətin sonunda “Nvidia” kapitallaşma üzrə liderliyini qoruyub saxlayıb: şirkətin bazar dəyəri 3.58 trilyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər