11 C
Baku
Tuesday, November 26, 2024

AccessBank-ın “Bizdən Biznesə” layihəsinə 400-dən çox startap layihəsi ilə müraciət daxil olub

®AccessBank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulunun başa çatdığını elan edir. 1 ay ərzində (24 oktyabr – 24 noyabr) müsabiqəyə qoşulmaq üçün Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müraciətlər daxil olub.

Müsabiqəyə təqdim olunan layihələr müxtəlif sahələri, o cümlədən rəqəmsal texnologiyalar, kənd təssərüfatı, istehsalat, ticarət və xidmət kimi sahələri əhatə edir.

Artıq bu gündən etibarən iştirakçıların ərizələri xüsusi komissiya tərəfindən təhlil edilərək Münsiflər Heyətinə təqdim ediləcək. Bu zaman innovativlik, davamlı inkişaf, iqtisadi səmərəlilik və cəmiyyətə müsbət təsir potensialı kimi meyarlara uyğun gələn layihələr nəzərə alınacaq.

Qalib layihələr 25 dekabr tarixində elan olunacaq. 

“Bizdən-Biznesə” layihəsinə olan yüksək maraq bizi çox sevindirir. 400-dən artıq  müraciətin daxil olması sürətlə dəyişən iqtisadi şəraitdə kiçik və orta bizneslərin bu formatda dəstəyə ehtiyacının olduğunu sübut edir. AccessBank olaraq müasir sahibkarlıq mühitinin formalaşmasına tövhə verməkdən qürur duyuruq, çünki daxil olunan hər bir layihə təkcə biznes ideyası deyil, həm də iqtisadiyyata, yeni iş yerlərinin yaradılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına doğru bir addımdır”, – bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edilir.

Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: “Bizdən Biznesə”

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər