8 C
Baku
Monday, December 2, 2024

İranın Çinlə neft ticarəti ABŞ-ın sanksiyaları səbəbindən pozulur

ABŞ-ın İran neftini daşıyan tankerlərə qarşı sanksiyalarını genişləndirməsi ticarətin vacib hissəsini iflic edib, bu da İran neftinin OPEC istehsalçısından ən dəyərli müştərisi olan Çinə çatdırılmasını ləngidir.

Banker.az xəbər verir ki, İran neftinin Çinə nəqli adətən iki mərhələdən ibarətdir. Sanksiyalara məruz qalmış və ya İrana məxsus tankerlər neft terminallarından yola düşür və Cənub-Şərqi Asiyada, adətən Malayziya yaxınlığında lövbər salır. Burada gəmidən-gəmiyə transfer həyata keçirilir və başqa bir tanker nefti Çinə daşıyır.

Lakin sanksiyalar əvvəllər Çinə yük daşıyan bir neçə tankeri əhatə edib. Bu, bəzi operatorları ticarətin bu mərhələsindən uzaqlaşmağa məcbur edib və marşrut üzrə hərəkət edən tankerlərin sayını azaldıb. “Bloomberg” tərəfindən tərtib edilmiş gəmi izləmə məlumatları və məsələnin həssaslığı səbəbindən adlarının açıqlanmasını istəməyən şəxslərin məlumatlarına əsasən, bu təsir yaranıb.

Nəticədə, Çinin özəl emalçıları üçün İran nefti daha az miqdarda və daha baha qiymətə başa gəlib. Bu, Çinli emalçıları Afrikadan və Yaxın Şərqin digər bölgələrindən alternativ tədarük axtarmağa məcbur edib. Əvvəlki ticarət dövrlərindən qalan satılmamış nefti əldə etməyə sövq edib.

Sanksiyalara məruz qalmış gəmi operatorları, tankerlərin liman hakimiyyətləri tərəfindən geri çevriləcəyindən və yük üçün yeni bir yer tapmaq məcburiyyətində qalacaqlarından qorxurlar. ABŞ oktyabrın 11-də 20 neft tankerinə sanksiya tətbiq etdi və növbəti həftələrdə daha 12 tanker siyahıya əlavə olundu.

Adətən tankerlər marşrutun bir hissəsini – İrandan Cənub-Şərqi Asiyaya və ya Cənub-Şərqi Asiyadan Çinə qədər – gedirdi, bu da gəminin yüksüz keçdiyi vaxtı azaldırdı.

Oktyabrın 11-də sanksiyaya məruz qalan tankerlərin demək olar ki, hamısı bu il Cənub-Şərqi Asiya sularında fəal olub və səkkizi Çinə daşınma marşrutunda fəaliyyət göstərib. Bu gəmilərdən bəziləri indi İran nefti ticarətindəki rollarını dəyişir.

Bloomberg deyir ki, “Shanaye Queen” buna nümunədir.

Bu tanker 2023-cü ilin avqustundan bəri Malayziyanın qərb sahillərindən kənara çıxmayıb, əksinə, ölkənin şərqindəki sularda dayanaraq, İran neftini Çinə daşımaq üçün digər gəmilərdən almağı gözləyib.

Oktyabr ayında “Shanaye Queen” ABŞ sanksiya siyahısına əlavə edildi və növbəti ay qərbə doğru üzərək İran yaxınlığındakı sularda fəaliyyətə başlayıb. Noyabr ayında tanker “Marigold” adlandırıldı və Malayziya əvəzinə Qayana bayrağı altında üzməyə başlayıb.

Gəminin adını və bayrağını dəyişməklə, gəmi operatorları liman yoxlamalarında diqqətdən yayına biləcəklərini ümid edirlər.

“Dimitria II”, sanksiya tətbiq edilməzdən əvvəl adını “Hong Lu” olaraq dəyişib və əvvəllər Cənub-Şərqi Asiya ilə Çin arasında daşımalar həyata keçirib. Agenlik yazır ki, gəmi oktyabrın 26-da Malayziya yarımadasının qərbinə doğru hərəkət etməyə başlayıb və izlənilməmək üçün transponderini söndürüb.

“Shanaye Queen” gəmisinin sahibi “Shanaye Shipping Pvt Ltd.”, əlaqə məlumatlarını açıqlamayıb. “Dimitria II” gəmisinin sahibi “Hunan Shipping Inc.” isə sorğuya dərhal cavab verməyib.

 

Son xəbərlər
Digər xəbərlər