8 C
Baku
Wednesday, December 4, 2024

İki illik dövlət istiqrazlarının gəlirliliyi 2020-ci ildən bu tərəfə maksimuma qalxıb

Azərbaycanda iki illik dövlət istiqrazlarının gəlirliliyi yenidən artaraq 2020-ci ilin mayından bu tərəfə ilk dəfə 10 faizi keçib.

Banker.az xəbər verir ki,  3 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərracda ortaçəkili gəlirlilik 10.12 faiz olub. Keçən ay 9.92 faiz idi.Bu 0.2 faiz bəndi artım deməkdir.

3123

Sonuncu dəfə dövlət istiqrazlarının gəlirliliyi 2020-ci ilin mayında 10.99 faiz olsa da, növbəti hərraclarda gəlirlilik 10 faizdən aşağı düşmüşdü. Dövlət istiqrazlarına tələb əvvəlki illərlə müqayisədə niyə aşağı olması barədə ətraflı linkdə.

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ0201070379
İstiqrazların tədavül müddəti 728 gün
Buraxılış həcmi 70,000,000 manat
Nominal dəyəri 100 manat
Minimal qiymət 95.5931 (10.5000%)
Maksimal qiymət 96.8360 (9.7800%)
Kəsmə qiyməti 95.5931 (10.5000%)
Ortaçəkili qiyməti 96.2499 (10.1180%)
Reallaşdırılmış həcmi 15,583,300 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) 15,583,300 manat
İnvestor sayı 7
Sifarişlərin sayı 9
Ödəmə tarixi 01.12.2026
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

 

Son xəbərlər
Digər xəbərlər