7 C
Baku
Thursday, January 16, 2025

S&P: Azərbaycanın neft hasilatı 2027-ci ilə kimi gündəlik 580 min barel təşkil edəcək

Azərbaycanın neft hasilatı (təbii qaz kondensatı daxil olmaqla) 2027-ci ilə qədər gündə orta hesabla 0,58 milyon barel (mbpd) səviyyəsində qalacaq.

Bu barədə “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.

Qeyd edilib ki, əsas neft yataqları – “Azeri-Çiraq-Günəşli” yaşlandıqca istehsal son illərdə daima azalıb və 2019-cu ildəki 0,79 mln. bareldən 2023-cü ildə 0,65 mln. barelə enib.

“Biz bu il istehsalın orta hesabla 0,58 mln. barel olacağını və bəzi yataqlarda kiçik artırımların davamlı azalmanı qarşısının konpensasiya edəcəyini proqnozlaşdırırıq. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin azalmayı yavaşlatmaq üçün əlavə investisiyalar həyata keçirməsi ehtimalı var. Bununla belə, uzunmüddətli perspektivdə, istehsalın azalmağa davam edəcəyini düşünürük” – S&P əlavə edib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər