10 C
Baku
Saturday, January 11, 2025

Mərkəzi Bank iki şirkətin və 5 şəxsin sığorta lisenziyasını ləğv etdiyini açıqladı

Lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən, 2 hüquqi şəxsə5 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Banker.az bunu tənzimləyiciyə istinadən xəbər verir.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən, lisenziyaları ləğv edilən sığorta agentlərinin

SİYAHISI

Sığorta agentinin adı Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi VÖEN
1 Aslanov Emin Cahangir oğlu 24.12.2014 080626 1402867982
2 Nəcəfova Cəmilə Mahal qızı 15.01.2013 000827 1502019352
3 Tanrıverdiyev Elsevər Səlimxan oğlu 14.10.2011 000493 1701269112
4 Axundov Əlihüseyin Cavad oğlu 25.09.2009 000260 6800470702
5 Bağırov Elvin Eldar oğlu 07.08.2015 080691 1304161162
6 Həsənov Tərlan Valeh oğlu 18.08.2011 000469 6500333332
7 Mirzəyev Nemət Elçin oğlu 12.01.2017 SA-003 2903448552
8 Namazova Rəna Elməddin qızı 21.07.2009 000215 6600144722
9 “AZPRO Consulting” MMC 23.02.2023 SA-0281 8700150811
10 “Davood” MMC 26.12.2018 SA-0124 1903303771
Son xəbərlər
Digər xəbərlər