Azərbaycan Mərkəzi Bankı “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin lisenziyası ləğv edib və bununla da ölkədə lisenziyalı investisiya şirkətlərinin sayə 12-ə düşüb.
Banker.az bu barədə Mərkızi Banka istinadən xəbər verir.
Bildirilir ki, AMB-nin İdarə Heyətinin 12 dekabr 2024-cü il tarixli Qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair Mərkəzi Bankın icrası məcburi göstərişlərinə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.1.6-cı maddəsinə uyğun olaraq ləğv edilib.
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləğv edilir.
Xatırladaq ki, investisiya şirkəti 2002-ci ildə təsis edilmişdi, 816 min manat nizamnamə kapitalı vardı. İnvestisiya şirkətinə lisenziyanı ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu ildə verilmişdi. Bununla belə, İnvestisiya Şirkəti Bakı Fond Birjasında üzvlüyünə 2021-ci ildə xitam verilmişdi.