10 C
Baku
Thursday, December 12, 2024

“Unibank” daxili bazarda 15 mln. dollar faizli borc cəlb edir

“Unibank KB” ASC fond bazarından 15 milyon ABŞ dolları dəyərində faizli borc cəlb etmək istəyir. Bu, Mərkəzi Bankın cari məzənnəsi ilə 25.5 milyon Azərbaycan manatına bərabərdir.

Banker.az bunu bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verilir.

Sənəddə bildirilir ki, bank tənzimləyiciyə hər biri 1 000 dollar olan 15 000 ədəd istiqraz buraxmaqla bağlı müraciət edib. İstiqrazlar Bakı Fond Birjasında tam yerləşdirildikdən sonra ümumi həcm 15 milyon dollar təşkil edəcək.

Dollarda emissiya edilən istiqrazın illik gəlirlik dərəcəsi 8 faizdir. Ümumilikdə istiqrazların tədavül müddəti 6 il olaraq göstərilib. Bank iki tranşda istiqrazları emissiya edəcək.

Bankın audit edilmiş hesabatına görə 2023-cü ili 31.07 milyon manat xalis mənfəətlə bitirib. Bank balansındakı illər üzrə yığılmış zərər keçən ildən etibarən bölüşdürülməmiş mənfəətə çevirib.

Son xəbərlər
Digər xəbərlər