Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 155 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə irəliləyərək 62.69 MB/S sürətlə 92-ci yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə oktyabr ayına nisbətən noyabrda 2 pillə geriləyərək 56.19 MB/S sürətlə 111 ölkə arasında 56-cı olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Myanma (Birma) tutub.