8 C
Baku
Monday, December 16, 2024

“Mango” geyim şəbəkəsinin qurucusu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

“Mango” geyim şəbəkəsinin qurucusu İsak Andik şənbə günü qəza nəticəsində dünyasını dəyişib, bu barədə şirkət açıqlama verib.

“Dərin təəssüf hissi ilə bu şənbə günü qeyri-icraçı sədrimiz və qurucumuz İsak Andikin qəza nəticəsində gözlənilmədən dünyasını dəyişdiyini elan edirik”, – mesajda deyilir.

Andik ailəsi ilə birlikdə Montserrat dağ silsiləsində Salnitre mağaralarının yaxınlığındakı dərəyə düşüb. O, ekskursiya zamanı cığırlardan birində sürüşərək yıxılıb. Sahibkarı oğlu Conatan müşayiət edib.

Təcili tibbi yardımın çağırılmasına baxmayaraq, 71 yaşlı İsak Andikin həyatını xilas etmək mümkün olmayıb. Andik Kataloniyanın ən zəngin adamı olub. “Mango”nun qurucusu və ailəsinin sərvəti təxminən 4.5 milyard dollar dəyərində qiymətləndirilir.

Bu gün “Mango”nun 110 ölkədə 2100-dən çox mağazası var. Beynəlxalq biznes mağazalar şəbəkəsinin gəlirinin təxminən dörddə üçünü təşkil edir.

Son xəbərlər
Digər xəbərlər