9 C
Baku
Tuesday, December 17, 2024

“SİMA İmza” Xalq Bankın internet bankçılıq sisteminə inteqrasiya edildi

®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə ASC “Xalq” Bankı yeni əməkdaşlığa start verib.

“AzInTelecom” tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza Xalq Bankın “XalqOnline” mobil və internet bankçılıq sisteminə uğurla inteqrasiya olunub.

Artıq fiziki şəxslər “XalqOnline” tətbiqində və sistemində gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “Sima İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza sayəsində “XalqOnline” üzərindən ölkədaxili və ölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarını icra etmək mümkündür. Bundan başqa, bankın müştəriləri onlayn şəkildə ərizə hazırlayıb, “SİMA İmza” ilə imzalayaraq banka müraciət edə bilərlər. Bu müraciətlərə debet kart sifarişi, kredit və hesab açılması üçün müraciət ərizələri daxildir.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

 

Son xəbərlər
Digər xəbərlər