8 C
Baku
Wednesday, December 18, 2024

Azərbaycanda armatur istehsalı 30% artıb

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-noyabr aylarında 1 226.2 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hazır metal məmulatlarının istehsalı sahəsində 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 21.7 faiz artım müşahidə olunub.

2024-сü ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5.1 dəfə, alüminium məmulatlarının istehsalı 49.1 faiz, armatur istehsalı 30.4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı 19 faiz, metaldan sair məmulatların istehsalı isə 13.3 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər