7 C
Baku
Wednesday, December 18, 2024

Klaypeda limanı Azərbaycan və Mərkəzi Asiya ölkələrindən yük cəlb etmək üzərində işləyir

Rusiya və Belarusa qarşı sanksiyalar fonunda Şərqdən Litvanın Klaypeda limanına yük axını azalmağa davam edir, Azərbaycan və Mərkəzi Asiyadan yüklərin cəlb edilməsi üzrə iş aparılır.

Bu barədə “İnterfaks” liman administrasiyasının rəhbəri Algis Latakasa istinadən məlumat yayıb.

“Biz Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycandan Klaypeda limanına daha çox yük cəlb etmək üçün səy göstəririk”, – liman rəhbəri bildirib.

Onun sözlərinə görə, bu il liman Qazaxıstandan 139 min ton yük qəbul edib ki, bu da ötən illə müqayisədə (263 min ton) xeyli azdır: “Bu il göstəricilər daha aşağı olacaq. Qazaxıstandan Klaypedaya dəmir yolu ilə çatmaq çətindir, çünki Rusiya ilə razılaşdırmaq lazımdır. Çox vaxt bunu Qazaxıstan tərəfi edir”.

A.Latakas bildirib ki, Rusiyadan limana taxıl və heyvandarlıq məhsulları kimi sanksiya olunmayan yüklər daxil olur: “Bir az taxıl, qarışıq taxıl, arpa ilə buğda var. Həmçinin bir az heyvan mənşəli məhsullar, dərmanlar var ki, bunlar sanksiyalara məruz qalmırlar”.

O hesab edir ki, 2024-cü ilin yekunları üzrə liman vasitəsilə 200 min tona qədər Rusiya yükü keçəcək: “Belarus yükləri də hələ var – 2024-cü ilin yanvar-noyabr aylarında 611 min ton yük yüklənib. Faktiki olaraq, bu, sanksiyalara məruz qalmayan ərzaq, bitki məhsulları, bitki yağı, ət və bəzi kimyəvi məhsullardır”.

Qeyd edək ki, Klaypeda limanı Baltik ölkələrinin ən böyük limanıdır, 2023-cü ildə 32,7 milyon ton yük emal edib ki, bu da 2022-ci illə müqayisədə 9 % azdır.

Son xəbərlər
Digər xəbərlər