6 C
Baku
Thursday, December 19, 2024

Azərbaycanda gələn ildən banklar Hesab Məlumatları Xidməti göstərəcək

2025-ci ildəb Azərbaycanda fəaliyyət göstərən bankların Hesab Məlumatları Xidməti göstərməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, qurumun İdarə Heyətinin təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yerli sektorlarda tənzimləmə mühitinin inkişafı təşəbbüsü ilə “Açıq bankçılıq” yanaşmasının tətbiqinin sürətləndirilməsi və “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulub. Gələn il AMB Hesab Məlumatları Xidməti (AİS) üzrə testləri bitirməyi və istehsalat mühitində banklara müvafiq həlli təqdim etməyi planlaşdırır. Ödəniş Əməliyyatları Xidməti (PİS) üzrə yeni funksionallığın da istifadəyə verilməsi nəzərdə tutulub. Bank və AMB-dən müvafiq lisenziyalar əldə etmiş elektron pul və yaxud ödəniş təşkilatlarının inteqrasiyası planlaşdırılır. Eyni zamanda “Açıq maliyyə” yanaşması üzrə konsepsiyasının formalaşdırılması və təsdiqi nəzərdə tutulub.

Bu həllərə ilk olaraq kommersiya banklarının inteqrasiyasının tamamlanması, daha sonra AMB-dən müvafiq lisenziyaların əldə etmiş elektron pul və yaxud ödəniş təşkilatlarının qoşulması nəzərdə tutulub.

“Yerli sektor və beynəlxalq bazar üzrə araşdırmaların aparılması və təhlili nəticəsində ölkəmizin bank sektorunun infrastruktur səviyyəsində “Açıq Bankçılıq” yanaşmasının tətbiqinə hazır olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər