8 C
Baku
Monday, December 23, 2024

“Mastercard” 12 mlrd. dollarlıq “buyback” elan edib

Dünyanın ən böyük ödəniş sistemlərindən biri olan “Mastercard Inc” rüblük dividendlərini 15% artıraraq hər səhmə görə 66 sentdən 76 sentə çatdırıb, şirkətin press-relizində deyilir. Ödənişlər 7 fevral 2025-ci il tarixində həyata keçiriləcək.

Bildirilir ki, dividend gəlirliliyi çərşənbə axşamı 531.01 dollar bağlanış qiymətinə əsasən təxminən 0.6% olacaq.

Bundan əlavə, “Mastercard”ın direktorlar şurası 12 milyard dollarlıq səhmlərinin geri alınması (buyback) proqramını təsdiqləyib.

Dekabrın 13-nə olan məlumata görə, şirkət mövcud geri alışın bir hissəsi kimi təxminən 3.9 milyard dollar dəyərində qiymətli kağız ala bilər. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən 24.5% artaraq 487 milyard dollara çatıb, S&P 500 fond indeksində o, demək olar ki, 27% dəyər qazanıb.

Son xəbərlər
Digər xəbərlər