9 C
Baku
Wednesday, December 25, 2024

Şahin Bağırov idarə rəisini vəzifədən azad etdi – Yeni təyinat

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

Bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov  müvafiq əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər