ABŞ-də təxminən 170 “Starbucks” qəhvəxanası işçilərin tətil etməsi səbəbindən bağlanıb, “USA Today” qəzeti yazır. Etiraz bir gün əvvəl başlayıb və Denver, Kolumbus, Los-Anceles, Pittsburq, Nyu Cersi, Nyu-York, Sietl, Sent-Luis, Çikaqo və Filadelfiyadakı müəssisələrin işinə təsir edib.
Tətillər şirkətlə “Starbucks Workers United” arasında əmək haqqı və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı danışıqların pozulmasının nəticəsi olub. Həmkarlar ittifaqından verilən açıqlamaya görə, tətildə 45 ştatda beş mindən çox işçi iştirak edir. Şirkətin sözçüsü Fil Gi bildirib ki, kəsilmələr şəbəkə əməliyyatlarına təsir etməyəcək.