“Apple Inc” 2025-ci maliyyə ilində satışları rekord həddə çatdıracaq, “Wedbush”un analitiki Den Ayvz proqnozlaşdırır.
Ayvz hesab edir ki, dünyada yüz milyonlarla insan yaxın aylarda süni intellekt imkanlarına malik ən son iPhone modellərini alacaq. Onun hesablamalarına görə, təxminən 300 milyon iPhone sahibi son 4 il və ya daha çox müddətdə smartfonlarını yeniləməyib.
“Biz inanırıq ki, bu bayram mövsümündə iPhone 16 satışlarının uğuru 12-18 ay ərzində Apple-ın böyüməsində canlanmaya təkan verəcək”, – mesajda deyilir. Qeyd edək ki, iPhone cihazlarının daxili süni intellekt imkanları Çin və bir çox digər ölkələr üçün hələ əlçatmazdır.
Ayvz əmindir ki, “Apple” kapitallaşması 4 trilyon dolları ötəcək ilk şirkət olacaq. Üstəlik, o, bunun 2025-ci ilin əvvəlində baş verəcəyini gözləyir.