11 C
Baku
Friday, December 27, 2024

Ölkənin könüllü tibbi sığorta bazarında zərərlilik əmsalı yüksəlib

Azərbaycanda könüllü tibbi sığorta bazarı 2024-cü ilin ilk 11 ayında cəmi 1 faiz artım göstərib.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.

Həmin dövr ərzində 113.66 mln. manat sığorta haqqı yığılıb, 88.09 mln. manat sığorta ödənişi həyata keçirilib. Sığorta haqları illik müqayisədə müvafiq olaraq 1 faiz və 20 faiz artıb.

Sığorta haqlarının sığorta ödənişləri ilə müqayisədə daha aşağı templə artması şirkətlər üçün zərərlilik əmsalını 78 faizə qaldırıb. Zərərlilik əmsalı sığortaçının ödənişləri ilə yığımları arasındakı nisbətlə ölçülür. Əgər zərərlilik əmsalı yüksəlirsə, bu şirkət üçün müvafiq sahə üzrə riskləri artırır.

2022-ci ilin eyni dövründə tibbi sığorta üzrə zərərlilik əmsalı 63% faiz, keçən ilin eyno dövründə isə 65 faiz idi.

Son xəbərlər
Digər xəbərlər