6 C
Baku
Wednesday, January 15, 2025

Aİ-də qaz anbarlarının dolumluluq səviyyəsi 65%-dən aşağı enib

Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluq səviyyəsi 65%-dən aşağı enib.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilib.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 64,98% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 6,37 faiz bəndi azdır.

Qeyd olunur ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 36 mlrd. Kubmetrə yaxın qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb

Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 72,1 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər