5 C
Baku
Friday, January 17, 2025

Azərbaycan ABŞ-yə informasiya texnologiyaları xidmətləri ixrac edə bilər

Azərbaycanla Pakistan arasında informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlığın inkişafı hesabına yerli bazarın bu xidmətlərə tələbatı ödənilə, Azərbaycan ABŞ, Avropa və Yaxın Şərqə İT xidmətləri ixrac edə bilər.

Bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.

O qeyd edib ki, iki ölkə arasında İT sahəsində uğurlu əməkdaşlıq var: “Artıq bir neçə İT şirkəti Azərbaycanda fəaliyyətə başlayıb, kibertəhlükəsizlik və autsorsinq xidmətləri təklif edir. Yeni şirkətləri Azərbaycana gətirmək üçün əhəmiyyətli potensial var. Bu təşəbbüs təkcə Azərbaycan bazarının ehtiyaclarını qarşılamağı deyil, həm də Azərbaycandan ABŞ, Avropa və Yaxın Şərqə xidmətlərin ixracını nəzərdə tutur”.

Palata rəhbəri xatırladıb ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Pakistanın Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyası (COMSATS) arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb: “Bu təşəbbüsün əsas aspekti Azərbaycan gənclərini İT autsorsinq xidmətləri sahəsində təlimləndirməkdir ki, bu da məşğulluq imkanlarını artıracaq və ölkənin ixrac qabiliyyətini gücləndirəcək, eyni zamanda əmək bazarını genişləndirəcək və Azərbaycanın İT sektorunun inkişafına töhfə verəcək”.

2023-cü ildən Azərbaycanda İKT sahəsi üçün güzəştlər tətbiq edilir. Texnoparklardan kənarda İT sahəsində fəaliyyət göstərən şirkətlərə də texnoparkın rezidenti şəhadətnaməsi verilir, onlar 20 %-lik mənfəət və 14 %-lik gəlir vergisindən tam azad edilir. Bundan başqa, sahibkarlıq subyektləri mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan 10 %-lik divident vergisini də ödəmirlər. Texnoparkın rezidenti olan şirkətlərdə çalışan işçilərin gəlir vergisi 8 000 manata qədər hissə üçün 0 %, 8 000 manatdan çox olan hissə üçün 5 % müəyyən edilir. Gələn ildən isə ildən isə 7 il müddətinə bütün gəlirin 5 %-i vergiyə cəlb ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər