2024-cü ildə Azərbaycan 1 292 027 ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 279 milyon 682 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10% artıb, dəyər baxımından isə 8% azalıb.
2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 175 341 ton buğda idxal edilmişdi.
Ötən il idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 16.4% azalaraq 259 dollardan 216.5 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.33%-ni təşkil edib.