Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran “beynəlxalq ekspertlər” qrupunun fəaliyyət göstərdiyini bildirib.
Bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.
“Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı “maydan”da (hərəkatında) aktiv iştirak etmiş “beynəlxalq ekspertlər” qrupu fəaliyyət göstərir”, – deyə Fitso mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.