“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Körpü-Bina-Tikinti” MMC ilə 30 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 29 983 234 manatdır.