5 C
Baku
Saturday, January 25, 2025

İqtisadiyyat Nazirliyi: Azərbaycan ÜTT-nin 19 üzvü ilə mal və xidmətlər üzrə danışıqlar aparır

Azərbaycan ABŞ, Avropa İttifaqı (Aİ), Norveç, İsveçrə, Rusiya, Çin, Kanada, Hindistan, Malayziya, İndoneziya, Cənubi Koreya, Argentina, Braziliya, Səudiyyə Ərəbistanı daxil olmaqla ümumilikdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) 19 üzvü ilə mallar və xidmətlər üzrə danışıqlar aparır.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür.

“ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusuna malikdir. O, ÜTT üzv ölkələri ilə danışıqlara 2004-cü ildən başlayıb. Bu il yanvarın 13-14-də Bakıda Azərbaycanın Çinlə ikitərəfli danışıqların ilk raundu keçirilib. İki günlük danışıqlar zamanı tərəflər mal və xidmətlərin ticarəti məsələləri üzrə ətraflı müzakirələr aparıb, bir sıra razılaşmalar əldə ediblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər