1 C
Baku
Wednesday, February 26, 2025

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozu artırıb

“Goldman Sachs”ın dünən dərc edilən araşdırma notuna görə, 2025-ci ildə “Brent” markalı neftin qiyməti 2 dollar/barel artacaq və 78 dollar/barel təşkil edəcək. Bank 2026-cı il üçün proqnozu 73 dollar/barel səviyyəsində qiymətləndirilir.

ABŞ-nin siyasətində qeyri-müəyyənlik yüksək olaraq qalsa da, OPEC+ ölkələrinin hasilat potensialının məhdudlaşdırılması, Vaşinqtonun enerji üstünlüyünü və münasib qiymətləri təmin etmək istəyi, o cümlədən Amerikanın neft ehtiyatlarının strateji idarə olunması neft qiymətlərini 70-85 dollar/barel diapazonunda saxlayacaq.

Bank İran və Rusiyaya təzyiqin arta biləcəyini əsas gətirərək, sanksiyalar səbəbindən neft hasilatının gündə 1 milyon barel azaldacağı təqdirdə “Brent” markalı neftin müvəqqəti olaraq bir barel üçün 93 dollara yüksələ biləcəyini bildirib.

Bundan əvvəl yanvarın 12-də verdiyi notda “Goldman” belə bir ssenaridə qiymətlərin bir barel üçün 90 dollara qədər yüksələ biləcəyini bildirmişdi.

Kanada neftinə 25% rüsum tətbiq edilərsə, bu, ilkin olaraq ABŞ-nin benzin qiymətlərinin yüksəlməsinə səbəb olacaq.

Bu, nəhayət, tələbatın azalması səbəbindən qlobal xam neft qiymətlərinə təzyiq göstərəcək, xüsusən də istehsalçıların ixrac imkanlarının məhdud olduğu Kanadada.

Son xəbərlər
Digər xəbərlər