11 C
Baku
Monday, February 3, 2025

Meksika ABŞ mallarına cavab rüsumları tətbiq edib

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-nin 25%-lik gömrük rüsumları tətbiq etmək qərarına cavab verilməsi barədə göstəriş verib. Meksikanın cavabı “tarif və qeyri-tarif tədbirləri” əhatə edəcək.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Çin üçün bu nisbət 10%, Meksika üçün – 25%, Kanada üçün – enerji resursları üzrə 10%, digər mal üzrə isə 25% olacaq. Əgər ölkələr ABŞ-yə cavab vermək qərarına gəlsələr, tariflər artırılacaq.
Tariflərin artırılması Donald Trampın seçkiqabağı vədi olub. O, bunu narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə izah edib. Kanadanın Baş naziri Castin Trüdo söz verib ki, ölkə ABŞ-nin tariflərinə dərhal cavab verəcək. Ottava ABŞ-yə elektrik və enerji təchizatının dayandırılmasını istisna etməyib.
Son xəbərlər
Digər xəbərlər