11 C
Baku
Tuesday, February 4, 2025

“Meta” virtual və genişlənmiş reallıq sahəsinə $20 mlrd. sərmayə qoyur

“Meta” 2025-ci ildə virtual reallıq (VR) və genişlənmiş reallıq (AR) seqmetinə 20 milyard sərmayə qoymağı düşünür. Qeyd edək ki, indiyədək şirkət VR və AR məhsullarının inkişafına və əlaqəli biznesin genişləndirilməsinə 80 milyard dollardan çox yatırım edib.

“Meta” bu seqmenti araşdırmağa 2014-cü ildə virtual reallıq qulaqlıq tərtibatçısı “Oculus”un alınması ilə başlayıb. Bu seqment indi “Reality Labs” adlanır.

Məlumata görə, 2024-cü ildə “Meta” 1 milyon “Ray-Ban” eynəyini satıb. Bu il şirkət brendin sahibi “EssilorLuxottica” ilə birgə “Ray-Ban” eynəklərinin yeni versiyasını buraxmağı planlaşdırır.

“Meta”nın “Reality Labs” bölməsinə investisiyaları rəqiblərinin analoji seqmentlərə investisiyalarını üstələyir. Müqayisə üçün “Amazon” özünün “Alexa” səs köməkçisinə 40 milyard dollar, “Apple” isə “Vision Pro”ya 20-30 milyard dollar sərmayə qoyub.

Son xəbərlər
Digər xəbərlər