4 C
Baku
Wednesday, February 12, 2025

Azərbaycanın Ukraynaya humanitar yardımlarının həcmi $40 mln.-u keçib

Bu günə qədər Ukraynaya göndərilmiş yardımların həcmi 40 milyon ABŞ dollarını keçib. İndiyədək 3,4 milyon metrdən çox naqil və kabel, 70 generator, 134 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

Bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib.

O qeyd edib ki, avadanlıqlar göndərilərkən qarşı tərəfin istəyi və tələbatı nəzərə alınır: “Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın göstərilməsi məqsədilə 1 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb. Yardımın birinci hissəsi 7 fevral tarixində göndərilib. Humanitar yardım 17 ədəd transformator və 52 min metr naqil və kabellərdən ibarətdir. Bu günə qədər göndərilmiş yardımların həcmi 40 milyon ABŞ dollarını keçib. İndiyədək 3,4 milyon metrdən çox naqil və kabel, 70 generator, 134 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb. Ukraynaya göndərdiyimiz elektrik avadanlıqları müharibə nəticəsində zərər dəymiş elektrik enerjisi infrastrukturunun bərpası üçün istifadə olunur. Avadanlıqların göndərilərkən onların istəyi nəzərə alınır. Sərəncam çərçivəsində göndərilən yardımlar bununla yekunlaşır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər