6 C
Baku
Thursday, February 13, 2025

Azərbaycanın xariclə ticarət balansında 2024-cü ildə $5.3 mlrd. qalıq yaranıb

2024-cü ildə Azərbaycanın gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396,4 milyon ABŞ dolları təşkil etmişdir.

Banker.az Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ticarət dövriyyəsinin 26 milyard 338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21 milyard 058,0 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.

2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3356,5 milyon dollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3 faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər

Digər xəbərlər