“Şirvan Araz Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Şirvan Araz Zavodu” MMC-nin vergi borcu 14 116 479.52 manatdır. Bu vergi borcu 16.02.2024-cü il tarixinə olan məlumatdır.
2006-cı ildən Əli Bayramlı Araz zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan “Araz” zavodu adı altında fəaliyyətini davam etdirir.