0 C
Baku
Saturday, February 22, 2025

Ötən ay Azərbaycana xaricdən 8 min ədədə yaxın avtomobil gətirilib

2025-ci ilin yanvar ayında Azərbaycan 138 milyon 987 min dollar dəyərində 7 663 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 22.5%, miqdar ifadəsilə 24% artıb.

O cümlədən, 2024-cü ilin yanvar ayında isə Azərbaycana 113 milyon 420 min dollar dəyərində 6 191 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin yanvarında Azərbaycana minik avtomobillərinin dxalı 6 906 ədəd ikən, əvvəlki ildə 5 643 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 22.4% artıb.

Son xəbərlər
Digər xəbərlər