0 C
Baku
Monday, February 24, 2025

Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri $300 mlrd.-ı ötüb

ABŞ biznesi Rusiya bazarını tərk etdiyi üçün 300 milyard dollardan çox vəsait itirib.

Bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bu gün Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlardan əvvəl jurnalistlərə bildirib.

“Mən müzakirələrin iqtisadi aspektinə görə cavabdeh olacağam. İndi ilk dəfə səsləndirdiyimiz rəqəm budur ki, Rusiya bazarını tərk edən ABŞ biznesinin zərəri 300 milyard dollardan çoxdur”, – K.Dmitriyev qeyd edib.

“Müvafiq olaraq birgə iqtisadi yolların, məsələlərin müsbət həllinin tapılması əsasən ABŞ və Rusiya Federasiyası bazarının son dərəcə cəlbedici olduğunu və burada iştirak etməyin vacibliyini başa düşməyə başlayan bir çox digər ölkələr üçün son dərəcə vacibdir”, – o əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər