Türkiyənin nəhəng neft holdinqi “Tupras” ABŞ-nin sanksiyaları səbəbindən Rusiya neftinin alışını dayandırıb, şirkət təsdiqləyib. “Tupras”ın Rusiyadan neft məhsullarının idxalını tamamilə dayandırıb-dayandırmayacağı hələlik bəlli deyil.
“Kpler” analitika şirkətinin məlumatına görə, 2024-cü ildə “Tupras” gündəlik 225 min barel Rusiya nefti idxal edib. Bu, illik müqayisədə 26.4% çoxdur (2023-cü ildə gündəlik 178 min barel ilə müqayisədə) və yeni rekord olub.
Yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji sektoruna qarşı irimiqyaslı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına “Surqutneftegaz”, Qazprom neft” və onların törəmə şirkətləri də daxil olmaqla onlarla şirkət daxil edilib. Sanksiyalardan əvvəl Rusiya neft şirkətləri Türkiyəyə dəniz yolu ilə neft nəqlini artırmışdı. Ötən ilin dekabrında Rusiya neftinin Türkiyəyə idxalı rekord göstəriciyə – sutkada 444 min barelə çatmışdı.