Rusiya ordusu Ukrayna ərazisinə daxil olub

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhədini keçərək Ukrayna ərazisinə daxil olduğunu açıqlayıb.

Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərə deyib: “Sözün əsl mənasında bir saat əvvəl mənə çatan son məlumat odur ki, bu gecə 810-cu briqadanın qırıcıları Rusiya Federasiyası ilə Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar”.

O, rus qoşunlarının bütün döyüş təmas xətti boyunca irəlilədiyini bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər