0 C
Baku
Monday, February 24, 2025

Avropa İttifaqı Ukraynaya daha 3.5 mlrd. avro ayıracaq

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Ukraynaya yardımın davam etdiriləcəyini və Kiyev üçün 3.5 milyard avro məbləğində yeni tranşın ayrılacağını açıqlayıb.

Onun sözlərinə görə, “təkcə Ukraynanın deyil, Avropanın da taleyi təhlükə altındadır”. “Ukraynanın azadlığı və suverenliyi təkcə Avropanın deyil, bütün dünyanın maraqlarına cavab verir. Bu, təkcə Avropa üçün deyil, həm də Asiya, Afrika və Atlantikanın hər iki tərəfi üçün böyük əhəmiyyət kəsb edir”, – deyə AK sədri vurğulayıb.

Ursula fon der Leyen bildirib ki, “Ukraynanın suverenliyinə sərmayə qoymaq” təhlükəsizliyə sərmayə qoymaq deməkdir.

“Təhlükəsizlikdən danışarkən biz təkcə hərbi aspekti nəzərdə tutmuruq. Biz enerji təhlükəsizliyini təmin etmək üçün iddialı tədbirlər paketi hazırlamışıq. Məqsəd Ukraynanın dayanıqlı, təhlükəsiz və rəqabətədavamlı enerji sistemini yaratmaqdır. Gələn ilin sonuna qədər biz Ukrayna və Moldova elektrik enerjisi bazarlarını öz elektrik enerjisi bazarımıza tam inteqrasiya edəcəyik”, – mesajda deyilir.

Son xəbərlər
Digər xəbərlər