2 C
Baku
Tuesday, February 25, 2025

Rusiya ABŞ nümayəndələri ilə Ər-Riyadda görüş keçirilməsini təkzib etdi – Yenilənib

15:30

Bu gün Ər-Riyadda Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə heç bir görüş keçirilmir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə “Die Zeit” qəzeti diplomatik mənbələrə istinadən ABŞ və Rusiya nümayəndə heyətlərinin bu gün Səudiyyə Ərəbistanın paytaxtında ikinci görüşü keçirəcəklərini yazmışdı.

***

12:56

Fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Bu barədə “Die Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da var idi. ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər.

Ötən həftə Qərb KİV-i ABŞ Prezidenti Donald Trampın bəyanatına istinadən fevralın 25-də ABŞ-Rusiya danışıqlarının yeni raundunun keçiriləcəyini bildirmişdi.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər