6 C
Baku
Sunday, December 15, 2024

Krediti hansı formada almaq Sizə rahatdır?

Kredit alarkən ehtiyacımızdan asılı olaraq nağd kredit, kredit kartı ilə və yaxud digər vasitələrlə kredit götürməyiniz mümkündür. Ancaq kredit hansı formada götürməniz krediti hara xərcləyəcəyinizdən asılıdır, bu səbəblə kredit alma səbəbinizi dəqiqləşdirməyiniz mütləqdir. Belə ki, sizin ehtiyacınızdan asılı olaraq konkret, eyni zamanda daha sərfəli kredit məhsulu nağd və ya kredit kartı formatında təklif oluna bilər. Əgər sizə 2 000 AZN məbləğində kredit lazımdırsa, siz bu pulu nağd olaraq götürsəniz sadəcə bir dəfə nağdlaşdırma komisyon haqqı ödəyəcəksiniz. Yox əgər siz kart vasitəsilə əldə etsəniz sizin hər dəfə nağdlaşdırma zamanı xərciniz çıxacaqdır.

Kredit üçün götürəcəyiniz məbləği sizə lazım olan valyutada əldə etməyiniz daha msləhətdir. Belə ki, sizə USD valyutası lazımdır siz isə bankdan AZN valyutası ilə kredit almısınız, bu zaman pulunuzun valyutasınını dəyişdirdiyiniz zaman sizin əlavə olaraq, konvertasiyaya xərciniz çıxmış olacaqdır.

Banker.az portalı olaraq 343 nəfər arasında “Krediti hansı formada almaq Sizə rahatdır?”
sualı altında sorğu keçirdik. 1 həftə davam edən sorğuda sorğu iştirakçıları bankdan krediti müxtəlif formada əldə etdiklərini qeyd ediblər.

Sorğuda iştirak edənlərin yarıdan çoxu , yəni 58% nin fikrincə krediti nağd formada əldə etmək daha sərfəlidir. Sorğudan da gördüyünüz kimi birinci yeri tutan nağd pul kreditlərinin bir çox üstünlükləri vardır. Nağd pul kreditləri, sizə nağd formatda sizə verilən puldur və bu pulu xərcləyəcəyiniz üçün sizə hamsısa istiqamət və yaxud limitlər təqdim edilmir. Misal olaraq sizdən nağd olaraq aldığınız kredit ilə hər hansısa bir əşyanı almaq tələb olunmur. Siz sadəcə aldığınız məbləği faizləri ilə birlikdə geri qaytarmalısınız. Artıq bildiyimiz kimi bir çox bankdan nağd kreditləri arayışsız və zaminsiz və girovsuz belə əldə etməyiniz mümkündür . Sizin də istədiyiniz zaman hazırlanması vaxt aparan bir çox sənədləri yığıb hazırlamadan və zamin təqdim etmədən belə istədiyiniz zaman bankdan kredit əldə etmək çox rahatdır.

Sorğuda 29 % lə ikinci yerdə kredit kartı vasitəsilə alınan kreditlərdir. Bildiyiniz kimi kredit kartlarının da bir çox üstünlüləri vardır. Belə ki, kredit kartından siz hissəli alış-veriş edərkən və yaxud nağd pul çıxarılması üçün də istifadə edə bilərsiniz. Həmçinin səyahətə çıxdığınız zaman siz dünyanın bir çox ölkələrində kredit kartınızdan istifadə edə bilərsiniz. kart vasitəsilə kredit əldə etdiyiniz zaman sizə kredit xətti açılır və sizin kartınızdan istənilər vaxt ödənişlər etməyiniz mümkündür. Təbii ki, nağd pulu olduğu kimi kredit kartı ilə aldığınız kreditlərdə də sizdən məbləğdən asılı olaraq bir neçə zamin tələb olunacaqdır.

Nağd pul kreditlərindən fərqli olaraq siz əgər bankdan 2 000 AZN kredit əldə etmisinizsə, bu zaman bankın qoyduğu maksimum qiymətdən asılı olaraq kartınızından maksimal məbləğə qədər çıxarış və ya ödəmə həyata keçirə bilərsiniz. Sizin üçün ayrıla biləcək maksimum kredit xətti isə sizin əməkhaqqınıza, kredit tarixinizə, zaminin əməkhaqqısı və s. digər nüanslara əsasən verilir. Bankdan asılı olaraq kartın güzəşt müddətləri də fərqli olur. Yəni əgər istifadə etdiyiniz tam məbləği ilk 30 gün (güzəşt müddəti fərqlidir hər bankda) ərzində bütünlüklə hesaba geri yatırırsınızsa, heç bir faiz tutulmur.

Sorğunun üçüncü yerini isə 13% səslə digər yolla kredit götürən şəxslər təşkil edir.

Beləliklə, qısa nəticə çıxardaraq qeyd etmək istərdik ki, demək olar ki bütün banklar sizə müxtəlif növdə kreditlər təklif edirlər. Fərqli şəkildə təqdim olunan kreditlər sizdə kredit alınmasına maraq oyada bilər. Ancaq onu da diqqətinizə çatdıraq ki, hansı formada kreditin alınmasından asılı olmayaraq kreditə olan borcunuzu geri qaytaran da elə siz olacaqsınız və bu səbəbdən də ehtiyacınız olmadığı halda, kredit alaraq əlavə faizlər ödəmək məcburiyyətində olmayın.

Son xəbərlər
Digər xəbərlər