17 C
Baku
Wednesday, May 21, 2025

Azərbaycanın idxal etdiyi qara çayın dəyəri bahalaşıb – SİYAHI

Azərbaycanda 2024-cü ildə qara çay idxalının həcmi 11 835 ton olub və bu, 61.03 milyon ABŞ dolları dəyərindədir.

Banker.az xəbər verir ki, 2023-cü ildə 11 584 ton qara çay idxal edilib və onun dəyəri 57.31 mln. dollar olub.

İdxalın miqdarı 2024-cü ildə 2.17% artıb. Dəyərinin isə 6.54% artdığı müşahidə edilir.

2024-cü ildə Azərbaycanın ən çox qara çay idxal etdiyi ölkə Şri-Lanka olub. 2024-cü ildə Şri-Lankadan 9 264 ton qara çay idxal edilib və bu, 52.88 mln. dollar dəyərindədir. 2023-cü ildə isə Şri-Lankadan 9 673 ton qara çay idxal olunub və bu, 49.8 mln. dollara başa gəlmişdi. Şri-Lankadan idxal miqdarı 2024-cü ildə 4.23% azalıb, lakin dəyər baxımından artım 6.16% olub.

Hindistandan idxal edilən qara çay illik müqayisədə 34 % artaraq 1 859 tona (6.07 min dollar) yüksəlib.

2024-cü ildə bir ton qara çayın qiyməti 5 15 mln. dollar olmaqla illik müqayisədə 4.24% artıb. 2023-cü ildə isə bir ton qara çayın qiyməti 4,94 mln. dollar idi.

Bununla belə, yerli bazarda qara çayın 500 qramının qiyməti keçən ilin əvvəlində 12.34 manat olduğu halda, ilin sonuna 12.49 manata qədər cəmi 1.21 faiz bahalaşıb.

2344423423

Son xəbərlər
Digər xəbərlər