09:56
Xəzər rayonu, Binə qəsəbəsində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın tam söndürülüb və yayılmasının qarşısı alınıb.
***
09:06
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
Bu barədə “OBA” məlumat yayıb. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. FHN-dən “Report”a faktı təsdiqləyiblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.