3 C
Baku
Thursday, February 27, 2025

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni qanun layihəsi hazırlanır

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni qanun layihəsi hazırlanır.

Bunu Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev deyib.

Onun sözlərinə görə, qiymətli kağızlar bazarı haqqında qanun 2015-ci ildə qəbul edilib. “Bu günə qədər müəyyən dəyişikliklər və əlavələr olub. Ancaq tam olaraq bazarın tələblərinə, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikasını aparırıq. Hazırda Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA-da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparılır.

Qanun yenilənməsi qısa zamanlı iş deyil, proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Təkmil həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq qanunvericilik hazırlanacaq”, – Murad Yəhyayev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər