Azərbaycan İnterneyşnl Mayninq Kompani (AİMK) 2025-ci ilin yanvarında xaricə 8.9 mln. ABŞ dolları dəyərində məhsullar ixrac edib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə ixracın kəskin artımıdır.
2024-cü ilin müvafiq dövründə bu rəqəm 338 min dollar idi. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, keçən il “Anglo Asian Mining PLC” mədənində iş dayandığından hasilata böyük təsiri olmuşdu.
Azərbaycan İnterneyşnl Mayninq Kompani (AİMK) Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətidir və 2400 kvadrat kilometr ərazini əhatə edən səkkiz əməliyyat müqaviləsi sahəsinə malikdir.
“İxrac icmalı”nın yanvar məlumatlarına görə, hesabat dövründə 21.1 milyon ABŞ dolları dəyərində mis ixrac edilib. Bunun qalan 15.4 milyon dolları dövlət şirkəti “AzerGold” QSC-nin payına düşüb.