Xankəndi Məhkəməsinin sədri Məhkəmə Hüquq Şurasının üzvü seçilib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində yekdil səsi ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.