5 C
Baku
Monday, March 3, 2025

Azərbaycanda rəqəmsallaşma əhalinin borclanmasını daha da sürətləndirib

Azərbaycanda ümumi istehlak kreditlərinə, xüsusilə də kredit kartlarına olan tələbin artdığı müşahidə olunur.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair apardığı sorğunun nəticələrinə əsasən, bu artımın əsas səbəbi rəqəmsallaşmanın geniş yayılmasıdır.

Banklar yaxın dövr üçün istehlak kreditlərinə və kredit kartlarına tələbdə ciddi dəyişiklik gözləməsələr də, istehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi və əhalinin ödəmə qabiliyyəti kredit standartlarının sərtləşməsinə səbəb olub. Buna baxmayaraq, bankların istehlak kreditləri üzrə artım dinamikasının növbəti rübdə də davam edəcəyi proqnozlaşdırılır.

Sorğunun 2024-cü ilin dördüncü rübü üzrə nəticələrinə əsasən, bankların 85%-i əhalinin borclanma səviyyəsində ciddi dəyişiklik olmadığını bildirərkən, 15%-i müəyyən artımın müşahidə olunduğunu qeyd edib. Nəticədə, borclanma səviyyəsini əks etdirən diffuziya indeksi 11%-ə bərabər olub ki, bu da kredit götürənlərin sayının artmaqda davam etdiyini göstərir.

Mərkəzi Bankın yanvar ayına olan göstəricilərinə görə, Azərbaycanda istehlak kreditlərinin ümumi həcmi 8 milyard 551.7 milyon manat təşkil edir. İpoteka kreditlərinin həcmi isə 4 milyard 253.1 milyon manata çatıb. Bu, illik müvafiq olaraq 22% və 17% artım deməkdir.

424243243423234

Untitled

Son xəbərlər
Digər xəbərlər