5 C
Baku
Tuesday, March 4, 2025

Keyfiyyətə nəzarətin hüquqi bazası yaradılır

Keyfiyyətə nəzarətlə bağlı vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək. Eyni zamanda maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.

Bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılması təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər